Virtual Tur nədir?

 

Virtual Tur müəyyən bir yerin 360 dərəcəlik panoram və tamamlanmış görünüşüdür. Virtual Tur mövcud obyektin panoram şəkilləri, musiqi, səs effektləri, mətn və digər multimediya vasitələrinin birləşməsidir.

 

 

CD Business Card nədir? 

 

CD Business Card şirkətiniz və onun fəaliyyəti haqqında məlumatı özündə əks etdirən Virtual Turdan ibarət olur. Bu, şirkətin loqotipini və əlaqə vasitələrini özündə əks etdirən ənənəvi vizit kartıdır. Bundan əlavə, CD Business Card-a multimediya vasitələri də əlavə olunur. Siz Virtual Tura veb-brauzeri olan istənilən kompüter və ya qurğuda baxa bilərsiniz. 

 

 

360 dərəcəlik Virtual Turun hazırlanması nə qədər vaxt aparır?

Bizim sizdən yeganə istəyimiz odur ki, çəkilişin təyin olduğu vaxtda obyekt çəkilişə hazır vəziyyətdə olsun. Virtual Turun hər səhnəsinin çəkilişi təqribən 40 dəqiqə davam edir. Çəkiliş prosesi bitən kimi 360 dərəcəlik Virtual Tur 3-4 gündən sonra tam hazır olur. 

 

 

İş prosesi necə gedir? 

Biz sizin istəklərinizi müzakirə etdikdən sonra layihənin qiymətləri və digər məlumatları özündə əks etdirən təklif formasını hazırlayırıq. Razılıq alınandan sonra artıq sizin obyektinizdə çəkiliş aparmaq üçün müvafiq tarix təyin olunur. 

 

 

Virtual Tur necə işləyir?

Virtual Tur-u onlayn və oflayn rejimlərdə izləmək olar. Onlayn rejimdə baxmaq üçün Tur sizin şirkətin saytına və www.360.az saytına yerləşdiriləcəkdir. Müştərinin istəyindən asılı olaraq, onu istənilən başqa bir sayta da yerləşdirə bilərik. Bundan əlavə, siz Virtual Tur-u kompüterinzidə və interneti olmayan istənilən qurğuda izləyə bilərsiniz.

 

 

Xüsusi Proqram təminatına ehtiyac varmı?


Biz bütün turları vebdə ən məşhur animasiya proqram təminatı olan Flash proqramında yaradırıq. Belə ki, istifadəçi Virtual Tura veb-brauzeri olan istənilən qurğuda baxa bilər. 

 

 

Bizimlə necə əlaqə saxlamaq olar?
 Əlavə məlumat, o cümlədən bizə təklif və suallarınızı göndərmək üçün “Bizimlə Əlaqə” səhifəsinə daxil ola bilərsiniz.  

Bank Avrasiya